Rusiyanın Volqoqrad vilayətində “Renault Logan” markalı avtomobilin suvarma kanalına aşması nəticəsində avtomobildə olan 5 nəfər ölüb.
APA-nın xəbərinə görə, Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, polisə kanala avtomobilin düşməsi barədə məlumat daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları orada üç qadın və iki kişinin meyitini aşkar ediblər.
İlkin ehtimala görə, səhər saatlarında sürücü idarəetməni itirdiyindən avtomobil kanala aşıb.
Hadisə yerində istintaq qrupu işləyir.