Bank Of Baku

Rusiyada koronavirusa yoluxanların sayı 640 mini ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 640 mini ötüb
# 29 iyun 2020 11:36 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 6 719 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 641 156 nəfərə çatıb.

Son sutka ərzində 93 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9 166 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 403 430 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR