Rusiyada koronavirusu müalicə edən dərman hazırlanıb

Rusiyada koronavirusu müalicə edən dərman hazırlanıb
# 28 mart 2020 18:45 (UTC +04:00)

Rusiyada koronavirus infeksiyasını müalicə edən dərman preparatı hazırlanıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Federal Tibbi Bioloji Agentlik məlumat yayıb.

Məlumatda bildirilib ki, agentlik koronavirus infeksiyasının müalicəsi üçün malyariya əleyhinə olan mefloxin preparatı əsasında yaradılan preparatı təqdim edib. "Farmzaşita" Elmi İstehsalat Mərkəzi tərəfindən preparatın hazırlanmasında Çin və Fransanın təcrübəsindən istifadə olunub .

Agentlik rəhbəri, Rusiyanın keçmiş Səhiyyə naziri Veronika Skvartsova yeni preparatın koronavirus infeksiyasının təsir effektini blokladığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR