Bank Of Baku

Rusiyada koronavirusun ağır formasının müalicəsinin yeni üsulu hazırlanıb

Rusiyada koronavirusun ağır formasının müalicəsinin yeni üsulu hazırlanıb
# 31 mart 2021 14:26 (UTC +04:00)

M. V. Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) koronavirusun ağır formasının müalicəsinin yeni üsulu işlənib hazırlanıb.

APA-nın Moskva müxbirinin universitetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, MDU-un immunologiya şöbəsinin elmi əməkdaşı Andrey Kruqlov ağır formalı koronaviruslu xəstələrin yeni müalicə metodunu təklif edib.

“Kruqlov viruslu zülallarda antikor reaksiyasını təyin etmək üçün yeni bir metod işləyib hazırlayıb və onun köməyi ilə almaniyalı həmkarları ilə birlikdə yeni növ koronavirus infeksiyasına yoluxan zaman meydana gələn xəstəliyin ağır formasının səbəbini araşdırıb. Tədqiqat ağır formalı COVID-19-u müalicə etməyin yeni yolunu təklif edib”, - deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR