Rusiyanın Orenburq vilayətində mikroavtobus yük maşını ilə toqquşub.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 6.10 radələrində Çistiy qəsəbəsində baş verib.
Qəza nəticədə biri uşaq olmaqla, mikroavtobusda olan 6 sərnişin ölüb.
İlkin məlumata görə, mikroavtobusun sərnişinləri Özbəkistan və Tacikistan vətəndaşları olub.