Rusiyanın Yeni Moskva bölgəsində 1971-ci il təvəllüdlü paytaxt sakini anasını güllələyərək öldürdükdən sonra intihar edib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moskva İstintaq İdarəsinin rəhbərinin baş köməkçisi Yulia İvanova jurnalistlərə açıqlamasında bildirib.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2 hissəsinə (iki və ya daha çox insanın öldürülməsi) əsasən, faktla bağlı cinayət işi açılıb.
Hadisə sentyabrın 22-də Desenovskoye qəsəbəsində baş verib.
İlkin məlumatlara görə, anasını öldürməzdən əvvəl kişi depressiyada olub.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, mənzilin qapısı arxadan bağlı olub. Xilasedicilər qapını açdıqdan sonra içəridə ana və oğulun meyitlərini aşkar ediblər.