İyulun 22-də Rusiyada 4013 hektar ərazidə 82 meşə yanğını söndürülüb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Regional Meşəçilik Dispeçer Xidməti məlumat yayıb.
Bildirilib ki, yanğınların ən böyük sahəsi Xantı-Mansiysk Muxtar Dairəsində qeydə alınıb. Burada 7 min hektardan çox ərazidə 29 yanğın hadisəsi olub.