Rusiyada son sutka ərzində koronavirusa daha 771 yoluxma halı qeydə alınıb.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19 virusuna yoluxanların sayı 3548 nəfərə çatıb.
Son sutka ərzində 6 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 30-a çatıb.