Rusiyanın Tula şəhərində təhsil müəssisəsinə hücum etməyə hazılaşan 18 yaşlı gənc saxlanılıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“FTX Tula şəhərində təhsil müəssisəsinə silahlı hücum etməyə hazırlaşan 2002-ci il təvəllüdlü yerli sakini saxlayıb. Onun üzərindən ov silahı, kommunikasiya vasitələri aşkarlanıb”, - deyə məlumatda bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.