Rusiyanın Tümen vilayətində kütləvi qətlin qarşısı alınıb.
APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təhsil müəssisəsində kütləvi qətlə hazırlaşan yerli sakin saxlanılıb.
Saxlanılan şəxsdən ov silahı, güllələr, iki bıçaq, rabitə vasitəsi və əldə qayırma partlayıcı qurğunun hazırlanması ilə bağlı internet-təlimat götürülüb.
Saxlanılan 19 yaşlı şəxs cinayət törətmək niyyətində olduğunu etiraf edib.
Faktla bağlı iki və ya daha çox şəxsi ümumi təhlükəli yolla öldürməyə hazırlaşmaq maddəsi ilə cinayət işi açılıb. Hazırda həmin şəxsin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə baxılır.