Rusiyanın Mordoviya Respublikasında yanğın faciə ilə nəticələnib.
APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən bildirilib ki, İçalkovsk rayonunun Kemlya kəndində yaşayış evində baş verən yanğında üç uşaq ölüb.
Yanğınsöndürənlər uşaqların meyitini yanğını söndürdükdən sonra aşkar ediblər.
Hadisənin səbəbləri araşdırılır.