Rusiyanın Vladimir vilayətinin Qoroxovets şəhərində magistral yolun 335-ci kilometrliyində ağır yol qəzası baş verib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, "Mercedes Sprinter" markalı mikroavtobusla "Mercedes" markalı yük maşını toqquşub.
Polisin məlumatına görə, qəza zamanı 1967-ci il təvəllüdlü 1 sərnişin ölüb, 14-ü yaralanıb. Yaralılardan dördü xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.
Rusiya DİN-in Regional Şöbəsinin mətbuat xidməti qəza ilə bağlı cinayət işinin açıldığını bildirib.
Regional Prokurorluqdan verilən məlumata görə, mikroavtobusun sürücüsü sükan arxasında yuxulayıb.