Rusiyanın Tuva Respublikasında ağır yol qəzası baş verib.
APA TASS-a istinadən xəbər verir ki, Uluq-Xemski rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin yaydığı məlumatda xəsarət alanlar arasında üç azyaşlı uşağın olduğu bildirilib.