Bank Of Baku

Rusiyanın "Qazprom" şirkəti tranzit müqaviləsi əsasında Ukraynaya 3 mlrd. dollar ödəyəcək

Rusiyanın "Qazprom" şirkəti tranzit müqaviləsi əsasında Ukraynaya 3 mlrd. dollar ödəyəcək
# 21 dekabr 2019 07:44 (UTC +04:00)

Rusiya tranzit qaz razılaşmasına görə Ukraynaya 3 milyard dollar ödəyəcək.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin köməkçisi Andrey Yermak yerli İctimai Televiziyaya müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın “Qazprom” şirkəti, Stokholm arbitraj qərarına uyğun olaraq, Ukraynaya 3 milyard dollar ödəyəcəyinə razılıq verib.

“Biz çox yaxşı xəbərlərlə vətənə qayıdırıq və Ukrayna üçün əlverişli şərtlərlə tranzit müqaviləsi bağlanacaq. Bu razılaşmalar sayəsində Ukrayna 3 milyard dollar qazanacaq”, - Yermak belə deyib.

Məbləğin əvvəlcədən məsləhətləşmələr zamanı təklif olunan qazla deyil, nağd şəkildə ödəniləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR