Rusiyanın Stavropol şəhərinin meri Andrey Djatdoyev vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov özünün “Instagram” səhifəsində bildirib.
O vurğulayıb ki, A. Djatdoyev 57 yaşında dünyasını dəyişib.
TASS-ın xəbərinə görə, şəhər meri yeni növ koronavirusdan vəfat etməyib.
Bildirilib ki, bu gün səhər saatlarında mərhumun halı qəflətən pisləşib.
A. Djatdoyevin ölümünün səbəbi araşdırılır. Ehtimal edilir ki, şəhər meri ürək xəstəliyindən vəfat edib.