Bank Of Baku

Rusiyanın avtomobil bazarı noyabrda 6,4% azalıb

Rusiyanın avtomobil bazarı noyabrda 6,4% azalıb
# 05 dekabr 2019 16:39 (UTC +04:00)

Bu ilin noyabr ayında Rusiyada yeni minik avtomobillərinin və yüngül ticari nəqliyyat vasitələrinin satışları ötən ilin analoji ayı ilə müqayisədə azalıb.

APA-Economics”in Avropa Biznes Assosiasiyasına istinadən verdiyi məlumata görə, belə ki, noyabrda Rusiyada 156 848 ədəd minik avtomobili realizə edilib ki, bu da 2018-ci ilin noyabr ayı ilə müqayisədə 6,4% və ya 10 646 ədəd azdır. Bu, cari il ərazində qeydə alınmış ən böyük azalmadır.

Mütəxəssislər azalmanın səbəbini ötən il Rusiyada ƏDV-nin artımı ilə əlaqələndirir və cari ildə artımın qeydə alınmayacağını proqnozlaşdırır.

Qeyd edək ki, cari ilin oktyabr ayında Rusiyanın minik avtomobilləri bazarı ötən ilin analoji ayına nisbətən 5,2% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR