Rusiyanın yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndi “Sputnik V” toz formasında buraxılacaq.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bildirib.
Onun sözlərinə görə, hazırda maye halında istehsal olunan “Sputnik V” peyvəndi 2021-ci ildə toz formasında buraxılacaq.
Qeyd edək ki, Rusiya bu il avqust ayının 11-də dünyada COVID-19 əleyhinə ilk peyvəndi qeydiyyatdan keçirdiyini açıqlayıb. “Sputnik V” adını alan peyvənd iki dozada istehsal olunur.