Rusiyanın regional parlamentləri ölkə konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsini təsdiq edib.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması, daha sonra isə Rusiya Federasiya Şurası konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsini təsdiq edib. Bundan sonra qanun layihəsi imzalanması üçün isə Rusiya Prezidentinə göndəriləcək.