Rusiyaya məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyserdə baş verən yanğın səhər saatlarında söndürülüb.
APA-nın xəbərinə görə, bu barədə TASS-a Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Raxmanov məlumat verib.
Qeyd olunub ki, yanğının səbəblərini müəyyən etmək üçün komissiya işə başlayıb.
***
12 dekabr, saat 19:26
Rusiyaya məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyserdə baş vermiş yanğında xəsarət alanların sayı artıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yanğında xəsarət alanların sayı 12-yə çatıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə nəticəsində isə 3 nəfər itkin düşüb.
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyseri Murmanskda təmirə dayanıb.
Qeyd edək ki, “Admiral Kuznetsov” Rusiyanın yeganə aviasiya daşıyan kreyseridir.