Ermənistan şahmatçısı Levon Aronyanın həyat yoldaşı Ariana Kaoili vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə şahmatçı "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, 33 yaşlı Ariana Kaoili martın 14-də İrəvanda avtomobil qəzası keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.
A. Kaoli də şahmatçı idi.
O, 2017-ci ildə L. Aronyanla ailə qurmuşdu.