“Belarusda vəziyyət Ukrayna ərazisindən qarışdırılır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Mekeylə danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
"Belarusda vəziyyətin qeyri-stabilləşməsi ilə bağlı fəaliyyətin Ukraynanın ərazisindən aparıldığına dair Rusiyanın əlində təsdiqlənmiş məlumatlar var. Belarusda vəziyyəti qeyri-stabilləşdirmək üçün Ukraynada hazırlaşdırılmış təxminən 200 ekstremistin hazırda orada olması haqqında məlumatlar mövcuddur. Xüsusi xidmət orqanları onlarla məşğul olmalıdır", - deyə Rusiya XİN başçısı vurğulayıb.