Soçidə Rusiya və Belarus prezidentlərinin görüşü keçirilir

Soçidə Rusiya və Belarus prezidentlərinin görüşü keçirilir
# 22 fevral 2021 16:21 (UTC +04:00)

Soçidə Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilir.

APA-nın BelTa-ya istinadən verdiyi xəbərə görə, görüş A. Lukaşenkonun Rusiyaya səfəri çərçivəsində baş tutub.

Prezidentlər Rusiya-Belarus münasibətlərinin inkişafı, hərbi təhlükəsizlik, inteqrasiya strukturlarında əməkdaşlıq, meydana çıxan çağırışlara birgə cavabın verilməsi kimi məsələləri müzakirə edəcəklər. Onların beynəlxalq gündəmə dair fikir mübadiləsi aparacağı da gözlənilir.

Müzakirələrdən sonra Rusiya və Belarus liderləri birgə nahar edəcək və xizək sürəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR