Son dörd ayda Ermənistanda 12 minə yaxın insan iş yerini itirib

Son dörd ayda Ermənistanda 12 minə yaxın insan iş yerini itirib
# 03 iyun 2020 15:59 (UTC +04:00)

Son dörd ayda Ermənistanda koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsiri nəticəsində 12 minə yaxın insan iş yerini itirib.

APA-nın "Armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Gəlirləri Komitəsinin sədr müavini Artur Manukyan virtual mətbuat konfransında deyib.

“Dörd ay ərzində təxminən 12 minə yaxın insan işdən çıxarılıb”, - deyə o bildirib.

A. Manukyanın sözlərinə görə, karantin məhdudiyyətləri altında işçilərin çalışdığı halda əməkhaqlarının hesablanmadığı hallar da çox olub.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Ermənistanda martın 16-dan iyunun 13-dək fövqəladə vəziyyət elan edilib. Ermənistanda indiyədək 10 524 nəfərdə COVID-19 aşkarlanıb, 3454 nəfər sağalıb, 170 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR