Rusiyada son sutka ərzində daha 5966 nəfər koronavirusa yoluxub. APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 74 588 nəfərə çatıb.
Son sutka ərzində Rusiyada koronavirusdan 66 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 681-ə çatıb. Sağalanların sayı 6250 nəfərdir.