Suriyadakı partlayış nəticəsində yaralanan rus hərbçisi Moskvada hospitalda ölüb

Suriyadakı partlayış nəticəsində yaralanan rus hərbçisi Moskvada hospitalda ölüb
# 13 sentyabr 2020 05:18 (UTC +04:00)

Avqustun 18-də Suriyada kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə salınması nəticəsində konvoyu müşayiət edərkən ağır yaralanan serjant Mixail Milşin Moskvada yerləşən hərbi hospitalda dünyasını dəyişib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə tibbi mənbələrdən bildirilib.

Qeyd edilib ki, əvvəlcə Burdenko xəstəxanasına yerləşdirilən serjant səhhətilə əlaqədar köçürüldüyü Vişnevski hərbi hospitalda dünyasını dəyişib.

Rusiya Müdafiə Nazirliyi tərəfindən vəfat etmiş hərbçinin ailəsinə lazımi kömək və dəstəyin göstərəcəyi bildirilib.

Xatırladaq ki, Suriyada baş verən sözügedən partlayış zamanı biri general olmaqla Rusiya ordusunun 3 hərbçisi yaralanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR