Tacikistanda 6,1 maqnitudalı zəlzələ olub

Tacikistanda 6,1 maqnitudalı zəlzələ olub
# 12 fevral 2021 23:32 (UTC +04:00)

Tacikistanın şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ölkənin Elmlər Akademiyasının seysmoloji xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 22:14-də (Bakı vaxtı ilə saat 21:14) qeydə alınıb.

“6,1 maqnitudalı zəlzələ Tacikistanın Murqab rayonunda, Düşənbədən 700 kilometr şərqdə və Murqab rayon mərkəzindən 25 kilometr məsafədə baş verib”, - deyə xidmətin məlumatında qeyd olunub.

Yeraltı təkanlar Tacikistanın paytaxtında 3-4 bal gücündə hiss olunub. Fövqəladə Hallar Komitəsinin verdiyi məlumata görə, zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri 80 kilometr dərinlikdə yerləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR