Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın zamanı girov götürülən şəxslərin hamısı sərbəst buraxılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nino Ciorcobiani məlumat verib. Bildirilib ki, basqın edən şəxs polisə təslim olub.
Qeyd edək ki, DİN-in sonuncu açıqlamasında basqın edən şəxsin 11 nəfəri girov götürdüyü bildirilmişdi.
***
Saat 20:07
Tbilisidə mikromaliyyə təşkilatının ofisinə edilmiş silahlı basqın zamanı girov götürülən şəxslərdən bir neçəsi sərbəst buraxılıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, ofisə hücum edən şəxs girovlardan bir neçəsini sərbəst buraxıb.
Hazırda polisin xüsusi əməliyyatı davam etdirdiyi bildirilir.