Türkiyə Rusiyadan ikinci partiya “S-400” Zenit Raket Kompleksləri alacaq.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Türkiyə Rusiyadan növbəti “S-400” alayı alacaq.
“Rosoboroneksport”un Baş direktoru Aleksandr Mixyeyev hazırda satınalma ilə bağlı maliyyələşmə məsələsinin müzakirə edildiyini bildirib.
Qeyd edək ki, 2017-ci ildə Türkiyə “S-400” ZRK-ların alınması ilə bağlı Rusiya ilə müqavilə imzalayıb və ilk “S-400” alayı 2019-cu ilin avqustunda Türkiyəyə çatdırılıb.