Güçlü qar səbəbindən Türkiyənin Sivas-Erzincan yolunda sərnişin avtobusu qəzaya uğrayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, qəza nəticəsində çox sayda sərnişin yaralanıb.
Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası gəlib.
Hüquq-mühafizə orqanları tərəfindən fakt araşdırılır.