Bank Of Baku

Ukrayna və Kanada təyyarə qəzasının obyektiv araşdırılmasına ehtiyac olduğunu bəyan edib

Ukrayna və Kanada təyyarə qəzasının obyektiv araşdırılmasına ehtiyac olduğunu bəyan edib
# 11 yanvar 2020 08:14 (UTC +04:00)

 

 

Ukrayna və Kanada “Boeing 737” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı obyektiv araşdırma aparılmasına dair razılığa gəlib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter” səhifəsində yazıb. 

“Faciə ilə bağlı fərziyyələr olmamalıdır. Ukrayna və Kanada obyektiv və hərtərəfli araşdırma aparmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək”, deyə prezident vurğulayıb.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR