Bank Of Baku

Ukraynada ağır yol qəzasında 5 nəfər ölüb

Ukraynada ağır yol qəzasında 5 nəfər ölüb
# 06 fevral 2020 03:46 (UTC +04:00)

 

Ukraynanın Xarkov vilayətində “VAZ” və “Daewoo” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında bildirilib. 

5 nəfərin ölümünə, 1 nəfərin yaralanmasına səbəb olan yol qəzası Kiyev-Xarkov-Doljanski magistral yolunun İzyumski rayonundan keçən hissəsində qeydə alınıb.

Ölənlərdən 3-ü “VAZ”-ın, 2-si isə “Daewoo” markalı avtomobilin sərnişinləri olub. 

Hadisə yerinə gələn xilasedicilər yaralanan “Daewoo”nun sürücüsünü avtomobili kəsərək çıxarıblar. 

Polis hadisənin başvermə səbəbini araşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR