Ukraynada son sutka ərzində daha 444 nəfərdə koronavirus aşkarlanıb.
APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə ümumilikdə virusa yoluxanların sayı 5 106 nəfərə çatıb. Onlardan 133-ü ölüb, 275-i isə sağalıb.