ABŞ-ın Virciniya ştatında atışma olub.
APA “US Today” nəşrinə istinadən xəbər verir ki, hadiəs məzun gecəsində olub.
Məlumata görə, atışma zamanı 20 yaşlı gənc ölüb, daha 8 nəfər isə yaralanıb.
Hadisə yerinə çoxlu sayda tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Polis bildirib ki, 2 nəfər hücumdan qaçarkən avtomobilin vurması nəticəsində yaralanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.