ABŞ dövlət katibinin daha bir müavini Ermənistana səfər edir

ABŞ dövlət katibinin daha bir müavini Ermənistana səfər edir
# 13 iyun 2024 23:38 (UTC +04:00)

ABŞ dövlət katibinin müavini Riçard Verma iyunun 17-də Ermənistanın paytaxtı İrəvana səfər edəcək.

APA ABŞ-ın Ermənistandakı səfirliyinə istinadən xəbər verir ki, diplomatın Ermənistana səfəri Entoni Blinkenin digər müavini Ceyms O’Brayenin səfəri kimi üç gün davam edəcək. Bir neçə gün əvvəl Ermənistana səfər edən Ceyms O’Brayen 3 gün ərzində müxtəlif görüşlər keçirmişdi.

Səfirliyin mətbuat xidməti xəbər verir ki, Verma yerli özünüidarəetmə sistemində demokratiya məsələlərinə həsr olunmuş Ermənistan-ABŞ forumunda iştirak edəcək.

Nümayəndə heyətinə Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniyadan nümayəndələrin daxil olacağı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR