ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker Gürcüstana səfər edəcək.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, Filip Rikerin sentyabrın 7-də Tbilisidə olacağı gözlənilir.
ABŞ diplomatı beynəlxalq konfransda iştirak edəcək və təhlükəsizlik məsələləri üzrə ekspertlər, siyasətçilər, vətəndaş fəalları və işgüzar dairələrlə Gürcüstanla bağlı məsələləri müzakirə edəcək.
Səfər zamanı Filip Rikerin Gürcüstan hökuməti, qanunverici orqan və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri də planlaşdırılır.