İrəvanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
APA xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Ofisi məlumat yayıb.
Bildirilib ki, tərəflər Xankəndi və Bakı arasında təmasların mexanizmi, Laçın yolu ətrafındakı vəziyyət və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması barədə danışıblar.