ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuin Azərbaycanla sərhəddə yerləşən Qafan şəhərində olub.
APA xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin Feysbuk səhifəsində məlumat verilib.
Diplomat səfər çərçivəsində Qarabağı könüllü tərk etmiş sakinlərə baş çəkib.