ABŞ-nin Ermənistandakı səfirliyi etirazçılara çağırış edib

ABŞ-nin Ermənistandakı səfirliyi etirazçılara çağırış edib
# 13 iyun 2024 18:53 (UTC +04:00)

ABŞ-nin Ermənistandakı səfirliyi etirazçılara çağırış edib.

APA xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

ABŞ səfirliyi bildirib ki, paytaxt İrəvanda davam edən nümayişləri izləyirlər.

“Biz etirazçıları zorakılıqdan qaçmaqla sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etməyə çağırırıq. Demokratik proses siyasi mübahisələri həll etmək yoludur. Biz həmçinin hüquq-mühafizə orqanlarını vətəndaşların ifadə və sərbəst toplaşmaq hüquqlarını müdafiə edərək asayişi qorumağa və nümayişləri işıqlandıran jurnalistlərlə bağlı prosedurların pozulmuş ola biləcəyi insidentləri araşdırmağa çağırırıq", - ABŞ səfirliyindən bildirilib.

Ötən gün axşam saatlarında Ermənistanda parlament binası qarşısındakı toqquşmalardan sonra 101 nəfər həkimə müraciət edib. Onlardan 85 nəfər xəstəxanadan evə buraxılıb, 16 nəfər isə müşahidə altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR