Astananın Talibanı qadağan olunmuş təşkilatlar siyahısından çıxarması ABŞ üçün gözlənilməz addım olmayıb.
APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bunu ABŞ-nin Qazaxıstandakı səfiri Deniel Rozenblyum deyib.
Səfir həmçinin, Orta Dəhlizin Qazaxıstan və ABŞ hökumətləri üçün iqtisadi prioritet olduğunu da vurğulayıb.
"Orta Dəhlizin inkişafının əsas məqsədi malların hərəkət sürətini artırmaq və xərcləri azaltmaqdır ki, bu da region ölkələrindən əməkdaşlıq etməyi və malların daşınması ilə bağlı standart və prosedurları uyğunlaşdırmağı tələb edəcək”, - Deniel Rozenblyum qeyd edib.
Əhməd Əkbərov