Bank Of Baku

ABŞ səfirliyi Rusiyada mümkün hücumlar barədə xəbərdarlıq edib

ABŞ səfirliyi Rusiyada mümkün hücumlar barədə xəbərdarlıq edib
# 21 fevral 2022 00:45 (UTC +04:00)

ABŞ-ın Rusiyadakı səfirliyi yaxın gələcəkdə Rusiya ərazisində baş verə biləcək hücumlar barədə xəbərdarlıq edib.

APA Lenta.ru saytına istinadən xəbər verir ki, bu barədə məlumat səfirliyin saytında dərc olunub.

Amerikalı diplomatlar mediaya istinadən iddia edirlər ki, hücumlar ticarət mərkəzləri, dəmiryol vağzalları, metro stansiyaları, eləcə də insanların sıx olduğu digər yerlərdə mümkündür. Onlar bunun Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdə və Rusiya-Ukrayna sərhədi boyunca olan ərazilərdə mümkün olduğunu deyirlər.

Müraciətdə həmçinin, Rusiyada yaşayan vətəndaşlara ölkəni tərk etmək barədə tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR