Paşha Bank
Bank Of Baku

ABŞ səfirliyi Rusiyadakı vətəndaşlarına taun təhlükəsi ilə bağlı xəbərdarlıq edib

ABŞ səfirliyi Rusiyadakı vətəndaşlarına taun təhlükəsi ilə bağlı xəbərdarlıq edib
# 07 oktyabr 2026 01:21 (UTC +04:00)

ABŞ-ın Rusiyadakı səfirliyi vətəndaşlarını taun təhlükəsi ilə bağlı xəbərdar edib.

APA-nın Moskva bürosu xəbər verir ki, ABŞ səfirliyi İrkutsk vilayətindəki vəziyyəti izlədiyini bildirib və amerikalıları yerli hökumətin tövsiyələrinə əməl etməyə çağırıb.

ABŞ səfirliyi vətəndaşlarına da Rusiyanı tərk etməyi tövsiyə edib.

Qeyd edək ki, İrkutsk vilayətində bir nəfərin ölümü ilə nəticələnən şübhəli pnevmonik taun ilə bağlı məlumatlardan sonra karantin tətbiq edildiyi və bəzi xəstəxanaların bağlandığı barədə məlumat yayılıb.

Rəsmi Moskva taun xəstəliyinin aşkarlanması ilə bağlı məlumatları təkzib edib. Hökumət İrkutsk vilayətində ölən qadının pnevmaniyadan həyatını itirdiyini, hazırda regionda sanitar-epidemioloji vəziyyətin sabit olduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR