Bank Of Baku

ABŞ Suriyadakı bazalarında hərbçilərinin sayını artırıb

ABŞ Suriyadakı bazalarında hərbçilərinin sayını artırıb
# 24 iyul 2023 03:45 (UTC +04:00)

ABŞ komandanlığı İraqdan Suriyadakı bazalarına əlavə hərbi texnika və maddi-texniki vasitə köçürüb. Bu barədə Suriyanın “Al Watan” qəzeti məlumat yayıb.

APA xarici mediaya istinadla xəbər verir ki, zirehli texnika ilə birlikdə ABŞ hərbçilərinin böyük bir qrupu Suriyaya aparılıb. İyulun 15-dən bəri onların sayı 500-dən 1500-ə yüksəlib. Hərbi-texniki heyətin bir hissəsi Suriya Demokratik Qüvvələrinin kürd döyüşçülərinin təliminə kömək edir, digərləri isə Əl-Həsəkə və qonşu Deyr əz-Zövr əyalətində aerodromları və neft-qaz yataqlarını mühafizə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR