Bank Of Baku

Aclıq aksiyasının 41-ci günündə erməni əsilli jurnalist Leo Nikolyan Ermənistandan Fransaya uçub

Aclıq aksiyasının 41-ci günündə erməni əsilli jurnalist Leo Nikolyan Ermənistandan Fransaya uçub
# 03 iyun 2024 08:59 (UTC +04:00)


Bu gün aclıq aksiyasının 41-ci günündə erməni əsilli fransız jurnalist Leo Nikolyan Zvartnots hava limanından Fransaya uçub.

APA xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Nikolyan həyatını xilas etdiyi üçün “FlyOneArmenia” aviaşirkətinə təşəkkür edib.

Bir neçə gün öncə Nikolyanın Fransaya səfəri planlaşdırılsa da, təxirə salınmışdı.

Jurnalistin Ermənistana girişinə qadağa qoyulub, Nikolyan bundan Zvartnots hava limanında xəbər tutub.

Onun sözlərinə görə, səbəblər məlumdur. Buna görə də getməyəcəyini bildirərək aclıq aksiyasına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR