AEBA Ermənistandakı AES-in bağlanması üçün addımlar atmağı planlaşdırmır

AEBA Ermənistandakı AES-in bağlanması üçün addımlar atmağı planlaşdırmır
# 05 dekabr 2023 10:44 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasını bağlamaq üçün addımlar atmağı planlaşdırmır.

APA xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi “Armenpress”ə açıqlamasında deyib.

“Nüvə stansiyası ilə bağlı bir sual yaranarsa, dərhal hökumətə məlumat verəcəyik və ilk olaraq problemin olduğunu və bəzi tədbirlərin görülməsinin lazım olduğunu söyləyəcəyik. Ancaq bu nöqtədə, dediyim kimi, Ermənistandakı AES-in işinin davam edə biləcəyinə əminik”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR