ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ukraynaya kaset sursatları ötürmək planlarını təsdiqləyib.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Co Baydenin müşaviri mətbuat konfransında Ukraynanın özünümüdafiə üçün belə silahlara ehtiyacı olduğunu, ehtiyaclarını ödəmək üçün artilleriya sursatlarının istehsalının artdığını vurğulayıb.