Bank Of Baku

Aİ: “Zalkaliani və Lavrov arasındakı dialoq münaqişənin  sülh yolu ilə həlli üçün önəmlidir” 

Aİ: “Zalkaliani və Lavrov arasındakı dialoq münaqişənin  sülh yolu ilə həlli üçün önəmlidir” 
# 27 sentyabr 2019 08:30 (UTC +04:00)

 

"Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş regional təhlükəsizlik məsələlərinin müzakirəsi  baxımından vacib fürsət oldu"

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə mətbuat xidmətinin rəhbəri Maya Kosiançiç (Maja Kocijancic) belə deyib. 

"Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüş regional təhlükəsizlik məsələlərini müzakirə etmək, Gürcüstan-Rusiya münasibətlərindəki gərginliyi və bu gərginliyin vətəndaşlara təsirini azaltmaq üçün  vacib bir fürsət oldu. Dialoq münaqişənin  sülh yolu ilə həlli üçün önəmlidir və Avropa İttifaqı bunu tam dəstəkləyir. Gürcüstandakı münaqişədən zərər çəkmiş əhalinin vəziyyətini yumşaltmaq üçün bütün tərəflərin konstruktiv şəkildə fəaliyyət göstərməsi vacibdir. Avropa  İttifaqı Gürcüstanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. ", - deyə M. Kosiançiç bildirib.

Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində  İsveçrənin təşəbbüsü və təşkilatçılığı ilə Rusiya xarici işlər naziri Sergey Lavrov və Gürcüstan xarici işlər naziri D.Zalkaliani arasında görüş baş tutub. Görüşdə əsas müzakirə mövzusu Gürcüstanın işğal edilmiş ərazilərindəki vəziyyət olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR