Bank Of Baku

Aİ ilə bağlı qanun Ermənistan parlamentinin gündəliyinə daxil edilməyib

Aİ ilə bağlı qanun Ermənistan parlamentinin gündəliyinə daxil edilməyib
# 03 mart 2025 14:14 (UTC +04:00)

“Ermənistanın Avropa İttifaqına qəbulu prosesinin başlanması haqqında qanun layihəsi Parlamentin 4 günlük sessiyasının gündəliyinə daxil edilməyib”.

APA-nın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bunu layihəni hazırlayan komissiyanın sədri Arman Yeqoyan deyib.

O bildirib ki, buna səbəb layihənin müzakirəsinə tələb ediləndən daha çox vaxtın sərf olunmasıdır:

“Müzakirələrimiz qanunla müəyyən edilən müddətdən daha çox çəkdiyi üçün layihəni budəfəki dördgünlük sessiyaya daxil etmək mümkün olmadı. Mən təklif edirəm ki, sənəd ya növbəti sessiya, ya da növbədənkənar iclas zamanı müzakirə çıxarılsın”.

Sənədin komissiyadakı müzakirəsinin martın 25-də davam etdiriləcəyi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR