Bank Of Baku

Aİ-nin onuncu sanksiyalar paketinə Rusiyanın 205 şirkəti daxil edilib

Aİ-nin onuncu sanksiyalar paketinə Rusiyanın 205 şirkəti daxil edilib
# 26 fevral 2023 00:55 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Rusiya Federasiyasına qarşı 10-cu sanksiyalar paketinə 1473 fiziki şəxs və 205 təşkilat daxil edilib.

APA-nın məlumatına görə, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Sanksiya siyahısına daxil edilən təşkilatların aktivləri dondurulacaq, Aİ vətəndaşları və şirkətlərinin onlara vəsait verməsi qadağan ediləcək. Bundan əlavə, fiziki şəxslərin Aİ-yə daxil olması və ya tranzit keçməsi qadağandır.

Sanksiya siyahısına daxil edilənlər arasında Rusiyanın “Alfa-Bank”, “Tinkoff Bank” və “Rosbank”ı, həmçinin “Rossiya Seqodnya” media qrupu var.

Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiyalar paketini şənbə günü, fevralın 25-də qəbul edib. Məhdudiyyətlər bank sektoruna, qabaqcıl texnologiyalara, eləcə də İran şirkətlərinə təsir edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR