Avropa Rusiyanın hücumundan sonra Ukraynadan gələcək mümkün qaçqınların qəbuluna hazırdır.
APA-nın xəbərinə görə bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.
O bildirib ki, Aİ-nin ön xətdə yerləşən üzv ölkələrinin Ukraynadan gələcək mümkün qaçqınların qəbul olunması ilə bağlı fövqəladə hallar planı var.
Ursula von der Leyenin sözlərinə görə, Ukrayna daxilində olacaq məcburi köçkünlərə bütün humanitar dəstək veriləcək, maliyyə dəstəyi artırılacaq: “Ümid edirik ki, bununla əlaqədar Ukraynadan gələcək qaçqınların sayı az olacaq, lakin biz onların hamısına öz qapılarımızı açmağa hazırıq. Hazırlıqlarımız tam səviyyədədir”.