Bank Of Baku

“Air Moldova” maliyyə problemləri səbəbindən aprelin 25-dək bütün reyslərini ləğv edib

“Air Moldova” maliyyə problemləri səbəbindən aprelin 25-dək bütün reyslərini ləğv edib
# 21 aprel 2023 21:26 (UTC +04:00)

Moldovanın dövlət aviaşirkəti “Air Moldova” maliyyə problemlərinə görə aprelin 21-dən 25-dək bütün reysləri təxirə salıb.

APA xəbər verir ki, bu barədə TASS agentliyi aviadaşıyıcının mətbuat xidmətinə istinadən yazıb.

“Şirkətin fəaliyyəti üçün lazım olan maliyyə resurslarının olmaması səbəbindən 2023-cü il aprelin 21-dən aprelin 25-dək planlaşdırılan bütün uçuşları dayandırmaq məcburiyyətindəyik”, - deyə məlumatda bildirilir.

Daşıyıcının mətbuat xidməti qeyd edib ki, şirkət menecerlərinin “Air Moldova”nı böhrandan çıxarmaq üçün atdığı addımlar hələlik müsbət nəticə verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR